Azərbaycan və Qazaxıstan gömrükçüləri əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan gömrükçüləri əməkdaşlığı genişləndirir 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı müzakirə olunub
İnfrastruktur
9 Fevral , 2015 17:20
Azərbaycan və Qazaxıstan gömrükçüləri əməkdaşlığı genişləndirir

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirlər Komitəsinin nümayəndələri ilə görüş keçirilib. 

"Report" xəbər verir ki, görüşdə DGK-nin sədri Aydın Əliyev və Qazaxıstan Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojin iştirak ediblər. Tədbiri giriş sözü ilə açan A.Əliyev Qazaxıstanın Azərbaycanın strateji tərəfdaşı olduğunu, Azərbaycanın rəsmi Astana ilə münasibətləri nizamlamaqda hər zaman maraqlı olduğunu deyib.

Görüşdə 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı müzakirə olunub və müvafiq müqavilə imzalanıb. Sonda qonaqlar Komitənin hədəf mərkəzində olublar və müxtəlif nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini izləyiblər.

Son xəbərlər

Orphus sistemi