Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb

Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb "Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb.
İnfrastruktur
11 Aprel , 2022 10:17
Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb.

Bu barədə "Report"a ADY-dən bildirilib.

Məlumata görə, işçi qrupunun növbəti iclası bu ayın sonunda Bakıda keçiriləcək.

Daşkənddə Azərbaycan və Özbəkistanın dəmir yolu qurumlarınun rəhbərlərinin görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçirib. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi