Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyi (ADDLA) İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsi ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlıq etmək istəyir.
İnfrastruktur
19 Aprel , 2023 18:02
Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyi (ADDLA) İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsi ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlıq etmək istəyir.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, bu məsələ ADDLA-nın İdarə Heyətinin sədri Arif Məmmədovun İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsinin direktoru Zadok Radeker ilə keçirilən görüşdə müzakirə edilib.

Görüşdə Vahid Dənizçilik Pəncərəsinin tətbiqi, dənizçilərin hazırlığı, limanların tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə iki ölkənin dənizçilik qurumları arasında əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı səfər təcrübəsinin, eləcə də dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumunun hazırlanması istiqamətində təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi