Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib

Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.
İnfrastruktur
114
8 Dekabr , 2021 11:38
Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkə arasında imzalanmış, Astaradakı dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə, Astara (İran) Terminallar Kompleksinə baxış keçirib, bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi