Azərbaycan və İran limanları arasında ticarət əməliyyatlarının sayı artırılacaq

Azərbaycan və İran limanları arasında ticarət əməliyyatlarının sayı artırılacaq Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan və İran iki ölkənin limanları arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparır.
İnfrastruktur
14 May , 2018 11:22
Azərbaycan və İran limanları arasında ticarət əməliyyatlarının sayı artırılacaq
0 : 00
0 : 00

Bakı. 14  may. REPORT.AZ/ Azərbaycan və İran iki ölkənin limanları arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Limanlar və Dənizçilik Təşkilatının baş direktorunun müavini Hadi Xaqşenas deyib.

İran rəsmisi ötən həftə Azərbaycanda keçirilmiş Dünya Limanlarının Konfransı çərçivəsində limanlararası ticarət əməliyyatlarının sayının artırılması, limanların səmərəliliyinin yüksəldilməsi, faydalı təcrübə mübadiləsi kimi məsələlərin müzakirə etdiklərini diqqətə çatdırıb.

O həmçinin vurğulayıb ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə tranzitin asanlaşdırılması üçün daha çox səy göstəriləcək.

Son xəbərlər

Orphus sistemi