​Azərbaycan və İran ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılıq əldə edib

​Azərbaycan və İran ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılıq əldə edib İran prezidenti: Bu, iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq
İnfrastruktur
23 Fevral , 2016 21:52
​Azərbaycan və İran ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılıq əldə edib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan və İran 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bunu Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında İranın dövlət başçısı Həsən Ruhani bildirib.

"Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, biz 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik ki, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi