Tbilisi. 22 sentyabr. REPORT.AZ/ “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə müəssisə yaradacaq.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yüksək reytinqli “Standard & Poor“s agentliyinin hesabatında bildirilir.
Məlumata görə, bu müəssisə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində operator vəzifəsini yerinə yetirəcək.