Azərbaycan və Gürcüstanın dəmir yol idarələri birgə müəssisə yaradacaq

İnfrastruktur
  • 22 sentyabr, 2017
  • 18:56
Azərbaycan və Gürcüstanın dəmir yol idarələri birgə müəssisə yaradacaq

Tbilisi. 22 sentyabr. REPORT.AZ/ “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə müəssisə yaradacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yüksək reytinqli “Standard & Poor“s agentliyinin hesabatında bildirilir.

Məlumata görə, bu müəssisə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində operator vəzifəsini yerinə yetirəcək.

44 - Tezliklə