Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib"

Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib" Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
İnfrastruktur
18 Sentyabr , 2019 09:20
Cavid Qurbanov: Beynəlxalq marşrutların  fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib

"Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib".

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakıda səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C.Qurbanov qeyd edib ki, bu marşrut istifadəyə veriləndən sonra region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir.

Sonra əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri bildirib ki, 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməklə, indi bu marşrutla, Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən yüklər Türkiyəyə və əks istiqamətdə daşınır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi