Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq konfransda iştirak edib Bakı. 29 noyabr. REPORT.AZ/ Türkmənistanın “Avaza” milli turistik zonasının konqress mərkəzində Tranzit və Nəqliyyat Əməkdaşlığı haqqında Sazişin (Lapis Lazuli marşrutu üzrə saziş) iştirakçısı olan ölkələrin - Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib.
İnfrastruktur
29 Noyabr , 2018 17:41
Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Türkmənistanın “Avaza” milli turistik zonasının konqress mərkəzində Tranzit və Nəqliyyat Əməkdaşlığı haqqında Sazişin (Lapis Lazuli marşrutu üzrə saziş) iştirakçısı olan ölkələrin - Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib.

Bu barədə “Report” Türkmənistan mətbuatına istinadən xəbər verir. 

Xatırladaq ki, sözügedən saziş ötən il noyabrın 15-də Aşqabadda keçirilmiş Əfqanıstan üzrə 7-ci regional iqtisadi əməkdaşlıq konfransı çərçivəsində imzalanıb. Sənəd regionun iqtisadi inteqrasiyasının, ticarət dövriyyəsinin artırılması üçün məhsuldar beynəlxalq tərəfdaşlıq yaratmaqda mühüm töhfə olub.

Hazırkı konfrans isə Orta və Cənubi Asiya, Xəzər və Qara, Aralıq dənizi hövzələri daxil olmaqla geniş geoiqtisadi sahədə məhsuldar əməkdaşlığın gücləndirilməsinə kömək edəcək beynəlxalq nəqliyyat dəhlizinin - "Lazurit" in həyata keçirilməsinə yönəlmiş addım olub.

Beynəlxalq konfransın təntənəli açılış mərasimində nazirliklərin yüksək rütbəli əməkdaşları və aidiyyəti qurumların əməkdaşları, mütəxəssislər, investorlar, bank strukturlarının, nəqliyyat və logistika, həmçinin kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

İlk öncə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüş iştirakçılarına salamlama nitqi səsləndirlib. Daha sonra Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov çıxış edib. O, tədbirin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Hökumət rəsmisinin sözlərinə görə, inkişafın innovativ keçid şəraitində nəqliyyat beynəlxalq ticarət əlaqələrini yaxşılaşdıran, təbii sərvətlərin istifadəsinin səmərəliliyini artıran, sahibkarlığın inkişaf etdirən, iqtisadi artımı stimullaşdıran ən vacib amillərindən biri hesab olunur. 

Son xəbərlər

Orphus sistemi