Azərbaycan "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumunda iştirak edir

Azərbaycan "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumunda iştirak edir Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 20-dən başlayaraq Vyanada (Avstriya) Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu keçirilir. 
İnfrastruktur
21 Fevral , 2018 17:57
Azərbaycan Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumunda iştirak edir

Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 20-dən başlayaraq Vyanada (Avstriya) "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu keçirilir. 

Bu barədə “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. 

Məlumata görə, yığıncaqda Azərbaycanı ADY-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Forumda Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Avstriya nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hofer, “Rusiya dəmir yolları” ASC-nin sədri Oleq Belozyorov, “ÖBB-Holding AG”nin baş direktoru Andreas Matte, Beynəlxalq dəmir yolu nəqliyyatı komitəsinin sədri Jan-Lük Düforno, İtaliya dəmir yollarının beynəlxalq fəaliyyəti üzrə vitse-prezidenti Jovanni Rokka, FERRMED assosiasiyasının prezidenti Hoan Amoros, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və bank sektorunun rəhbərləri də iştirak edirlər.

Ümumilikdə, 24 ölkədən 250 nümayəndənin - dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərlərinin qatıldığı tədbir sabah davam edəcək.

Forumda “Avrasiya və Yeni İpək Yolu: Bir-birinə doğru” layihələrinin ümumi müzakirəsi keçirilir. İştirakçılar burada Şərq-Qərb marşrutu üzrə dəmir yolu tranzitinin sürətini və keyfiyyətini artırma imkanlarını da nəzərdən keçirirlər. Həmçinin tədbirin ayrı-ayrı sessiyalarında beynəlxalq logistika problemləri, dəmir yolu infrastrukturunun maliyyələşdirilməsi və tikintisi, 1520 və 1435 izli dəmir yollarının texnoloji əlaqələndirilməsinin yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Forumda ADY-nin sədr müavini İqbal Hüseynov çıxış edib. O bildirib ki, strateji təfəfdaşlığın genişləndirilməsində forumun böyük əhəmiyyəti var: "Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və beynəlxalq layihələrin reallaşmasında aktiv iştrak edir". 

Natiq sonra Şimal-Cənub, Cənub-Qərb, Şərq-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ili oktyabr ayında açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib.

Forum çərçivəsində əməkdaşlıqla bağlı beynəlxalq sazişlər imzalanacaq.

Son xəbərlər

Orphus sistemi