Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır

Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib
İnfrastruktur
25 Noyabr , 2016 11:50
Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır

Bakı. 25 noyabr. REPORT. AZ/ Azərbaycan hökuməti Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, genişləndirilməsi və təşviqi üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır. 

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

"Tranzit yük daşımaları iqtisadiyyatın əsas drayverlərindən biridir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb və digər multimodal layihələrdə özünü regional hab olaraq görür. Bu cür beynəlxalq dəhlizlərin inkişafı üçün logistika, infrastrukturun inkişafı labüddür. Dəhlizdə iştirak edən digər dövlətlərin nümayəndələrinin də qeyd etdiyi kimi hesab edirəm ki, bu dəhlizin işləməsi üçün vahid qaydaların, prosedurların təşkil edilməsi ən vacib məsələlərdən biridir. Ancaq bu halda dəhlizə maraq arta bilər. Bu layihənin təkcə regionda deyil, dünyanın hər yerində təşviq edilməsi önəmlidir və Azərbaycan da tam dəstək verməyə hazırdır", - deyə S.Babayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi