“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin sədri dəyişib.
İnfrastruktur
18 Sentyabr , 2021 10:53
“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin direktoru Fərhad Kərimov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Nizaməddin Hüseynova həvalə olunub.

O, bundan əvvəl də ASK-da çalışıb.

Xatırladaq ki, "ASK İnşaat” Korporasiyanın tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir. Onun nizamnamə kapitalı 6 100 manatdır.

Son xəbərlər

Orphus sistemi