Azərbaycan Rusiyanın dənizçilik universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Rusiyanın dənizçilik universiteti ilə əməkdaşlığa başlayır “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Rusiyanın Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti arasında akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
İnfrastruktur
178
30 İyul , 2021 16:43
Azərbaycan Rusiyanın dənizçilik universiteti ilə əməkdaşlığa başlayır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Rusiyanın Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti arasında akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Sənədi ASCO-nun sədri Rauf Vəliyev və Rusiya universitetinin rektoru Sergey Barişnikov imzalayıblar. Sazişin əsas məqsədi peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə dəniz mütəxəssisləri hazırlamaq, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdir.

Sənədə əsasən, tərəflər tələbə (kursant), müəllim, elmi tədqiqatçı və digər mütəxəssislərin təhsil və elmi mübadiləsini həyata keçirəcəklər. Həmçinin elmi, pedaqoji və metodiki məlumatların mübadiləsi, elmi və akademik proqram və layihələr üzrə birgə təhsil materiallarının, elmi məqalələrin hazırlanması, habelə dəniz və daxili su nəqliyyatı, logistika sahələrində beynəlxalq layihələrin işlənməsi istiqamətində ikitərəfli və çoxtərəfli tədris və elmi-tədqiqat işləri aparacaqlar.

Bundan başqa, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə zərurət yarandıqca treninqlərin, tanışlıq səfərlərinin, işgüzar müşavirələrin, konfransların keçirilməsi, mütəxəssis mübadiləsinin aparılması barədə də razılıq əldə olunub.

Akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi 5 il müddətinə bağlanıb.

Son xəbərlər

Orphus sistemi