Azərbaycan-Rusiya sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi başa çatdırılır

Azərbaycan-Rusiya sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi başa çatdırılır “Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsi başa çatmaq üzrədir”.
İnfrastruktur
21 Oktyabr , 2022 14:59
Azərbaycan-Rusiya sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi başa çatdırılır
Aleksey Overçuk

“Biz Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsini başa çatdırırıq”.

"Report" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Made in Russia - 2022" Beynəlxalq İxrac Forumunun "Dəyişikliklərin logistikası: təchizat zəncirlərinin transformasiyası və nəqliyyat-logistika axınları" mövzusunda videomüraciət formatında keçirilən plenar iclasında deyib.

"Xüsusilə, Yaraq-Kazmalyar, Novo-Filya, Taqirkent-Kazmalyar və Karauzek avtomobil buraxılış məntəqələrinin modernləşdirilməsi və buraxılış qabiliyyətinin genişləndirilməsi işləri aparılır. Həmçinin “Samur-2” stansiyası əsasında Dərbənd dəmir yolu keçid məntəqəsinin buraxılış səviyyəsi artırılır”, - o bildirib.

Onun sözlərinə görə, İranın Rəşt və Astara şəhərləri arasında çatışmayan 160 kilometrlik dəmir yolunun tikintisi ilə bağlı danışıqlar bərpa edilib, Gərmsar-İnçə Burun dəmir yolunun elektrikləşdirilməsi davam etdirilir və bu bölgədə dəmir yolu hərəkətinin orta sürətin artırılması üçün bir sıra işlərin görülməsi nəzərdə tutulur.

“Rusiya, Azərbaycan və İran qərb marşrutu üzrə üçtərəfli nəqliyyat və logistika operatorunun yaradılması ilə bağlı danışıqlar aparır. Bu da yüklərin hərəkətini idarə etməyə, sərhəd nəzarəti prosedurlarını uyğunlaşdırmağa, Fars körfəzinin limanlarından Baltikyanı ölkələrə və əks istiqamətdə yüklərin maneəsiz daşınmasını təmin etməyə imkan verəcək”, - Rusiya Baş nazirinin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi