Azərbaycan və Rusiya Samur çayının və eyni adlı hidroqovşağın birgə istismarını müzakirə edib

Azərbaycan və Rusiya Samur çayının və eyni adlı hidroqovşağın birgə istismarını müzakirə edib “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının böl
İnfrastruktur
28 İyul , 2022 12:29
Azərbaycan və Rusiya Samur çayının və eyni adlı hidroqovşağın birgə istismarını müzakirə edib

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü keçirilib.

"Report" bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, görüş Qusar şəhərində baş tutub. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov və komissiya üzvləri - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi