Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Dohada "ITU-2014" konfransında çıxış edib
- 08 dekabr, 2014
- 07:52
Bakı. 8 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada "ITU-2014" informasiya-kommunikasiya texnologiyaları üzrə konfrans keçirilir (International Telecommunication Union).
"Report" xəbər verir ki, konfrans genişzolaqlı internetin inkişaf məsələlərinə həsr olunub.
Tədbirdə çıxış edən ITU baş katibi Hulin Jao bildirib ki, 2020-ci ilə qədər Yer planetinin 55% əhalisinin genişzolaqlı internetə çıxışı olacaq. Onun sözlərinə görə, kənd yerlərinin 90% əhalisi, həmçinin internetə çıxışı əldə edəcəklər.
Tədbirdə, həmçinin Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib və Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, "Azərbaycan əhalisinin 70%-nin internetə çıxışı var, onlardan 50%-i genişzolaqlı internetdən istifadə edir".
Konfrans öz işini dekabr ayının 10-da yekunlaşdıracaq.