Azərbaycan Poti Azad Sənaye Zonası ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Poti Azad Sənaye Zonası ilə əməkdaşlığı genişləndirir Bu gün Ələt Azad İqtisadi Zonası ilə Gürcüstanın Poti Sənaye Zonası arasında Memorandum imzalanacaq.
İnfrastruktur
14 Dekabr , 2021 17:14
Azərbaycan Poti Azad Sənaye Zonası ilə əməkdaşlığı genişləndirir

Bu gün Ələt Azad İqtisadi Zonası ilə Gürcüstanın Poti Sənaye Zonası arasında Memorandum imzalanacaq.

Bunu “Report”a açıqlamasında Poti Azad Sənaye Zonanın rəsmisi Tamar Sakheişvili deyib.

Onun sözlərinə görə, bu memorandumun imzalanması ilə əməkdaşlığın əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilir: “Qarşılıqlı əməkdaşlıqda faydalı olan istiqamətləri araşdırıb gələcək fəaliyyət planını müəyyən edəcəyik”.

Xatırladaq ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. Zona üç hissədən ibarət olacaq. Birinci zona 198 hektar ərazini, ikinci zona 441 hektar ərazini, üçüncü zona isə 211 hektar ərazini əhatə edəcək. Ələt Azad İqtisadi Zonası gələn il ilk investorunu qəbul etməsi gözlənilir.

Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zonada fəaliyyət göstərəcək investorlar üçün biznes xidmətləri mərkəzi yaradılacaq:

"Bu mərkəz investorların fəaliyyətinə dəstək olmaqla yanaşı, müəssisələrin ən qısa zamanda qeydiyyatı və yaradılmasını həyata keçirəcək və investorlara imkan verəcək ki, bütün zəruri sənədləri (lisenziyaları, sertifikatları, icazə və vizaları) ayrı-ayrı qurumlardan deyil, qısa müddət ərzində bu mərkəzdən əldə edə bilsinlər. Paralel olaraq, gömrük-keçid məntəqəsi, Ələt Azad İqtisadi Zonasının inzibati binası, bu zonada müvafiq gömrük qurumunun yerləşdirilməsi üçün, potensial investorlar üçün ofislərin, "bir pəncərə" qaydası ilə çalışan biznes xidməti mərkəzinin inzibati binasının inşası həyata keçirilir. Tikinti və inşaat işləri qrafik üzrə aparılır".

Son xəbərlər

Orphus sistemi