Azərbaycan hökuməti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı kontekstində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini planlaşdırır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı ölkəyə qlobal investorların marağı müşahidə edilir.
"Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verən dünya iqtisadiyyatında baş verənlər - investisiya, nəqliyyat, tranzit sahəsindəki dəyişikliklər dünya iqtisadiyyatında oturuşmuş xəritənin dəyişməsinə səbəb olub. Bu kontekstdə Azərbaycan və region iqtisadi fürsətlər mənbəyi olan yeni imkanla üzləşib. Bu imkanın reallaşdırılması üçün hökumət böyük işlər həyata keçirir. Orta Dəhliz yeni ixrac bazarlarına çıxış, bizim üçün qeyri-neft məhsullarının ixrac bazarlarının diversifikasiyası deməkdir", - deyə nazirlik rəsmisi qeyd edib.