Azərbaycan Monteneqronun Nəqliyyat və Dənizçilik Nazirliyində aparılan yoxlamanın audit ekspert qrupunda auditor qismində iştirak edib

Azərbaycan Monteneqronun Nəqliyyat və Dənizçilik Nazirliyində aparılan yoxlamanın audit ekspert qrupunda auditor qismində iştirak edib Bakı. 14 dekabr. REPORT.AZ/ Bu il dekabrın 2-7-də dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi üzrə Beynəlxalq Dəniz Təşkilatına (BDT) Üzv Dövlətlərin Audit Sxeminə (İMSAS) əsasən Monteneqroda audit keçirilib.
İnfrastruktur
14 Dekabr , 2018 15:00
Azərbaycan Monteneqronun Nəqliyyat və Dənizçilik Nazirliyində aparılan yoxlamanın audit ekspert qrupunda auditor qismində iştirak edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu il dekabrın 2-7-də dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi üzrə Beynəlxalq Dəniz Təşkilatına (BDT) Üzv Dövlətlərin Audit Sxeminə (İMSAS) əsasən Monteneqroda audit keçirilib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən bildirilib. 

Məlumata görə, Monteneqronun Nəqliyyat və Dənizçilik Nazirliyində aparılan yoxlamanın audit ekspert qrupunda auditor qismində Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov iştirak edib.

Audit ekspert qrupunu qəbul edən dövlət katibi Muamer Haydarpaşiç bildirib ki, Monteneqro 2006-cı ildən BDT-nın üzvüdür. Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz mühitinin mühafizəsi və dəniz təhlükəsizliyi üzrə beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasının müvafiq qaydada təmin edilməsi barədə danışan dövlət katibi, milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması, həmçinin hüquqtətbiqetmə təcrübəsinin səmərəliliyinin artırılması məqsədilə yaradılan nəzarət mexanizmi haqqında məlumat verib.

Monteneqronun dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsinin, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmasına nəzarət mexanizminin, gəmilərin hərəkətinin idarə edilməsinin, Monteneqro bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin, dəniz limanlarına daxil olan və dəniz limanlarından çıxan xarici bayraq altında üzən gəmilərə münasibətdə liman nəzarətinin, dəniz ətraf mühitinin mühafizəsinin, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi audit ekspert qrupu tərəfindən ətraflı şəkildə araşdırılıb. Audit yoxlaması nəticəsində dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tətbiqi üzrə aşkar edilən uyğunsuzluqların aradan qaldırılması istiqamətində ciddi müzakirələr aparılıb.

"Dövlət Dəniz Agentliyi qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir deyən" qurumun nümayəndəsi, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may-6 iyun tarixlərində respublikamızda keçirdiyi audit yoxlamasının uğurlu nəticələri haqqında məlumat verib. Onun sözlərinə görə, yoxlamanın nəticələrinə əsasən müəyyən olunub ki, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar BDT-nin bütün tələblərinə uyğundur. Audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamız 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub. Bu isə Prezident İlham Əliyevin ölkənin dəniz nəqliyyatı sahəsinə göstərdiyi diqqət və qayğının uğurlu nəticəsidir.

Azərbaycanın dəniz nəqliyyatı sferasında əldə etdiyi nəaliyyətlərə toxunan Monteneqro tərəfi auditə hazırlıq işlərinə köməklik göstərilməsi və Azərbaycanın dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi təcrübəni öyrənmək məqsədilə Dövlət Dəniz Agentliyi ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi