"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" 9 milyon manatlıq tenderə yekun vurub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" 9 milyon manatlıq tenderə yekun vurub "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İnfrastruktur
607
5 Avqust , 2020 17:43
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı 9 milyon manatlıq tenderə yekun vurub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” xəbər verir ki, tenderin qalibi "Bakelektro" ASC-dir.

Qalib şirkətə 8,9 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Bakelektro" 1998-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı). Şirkət bir qədər əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi, Bakının Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə 4,3 milyon manatlıq açıq tenderin də qalibi olub.

Orphus sistemi