Azərbaycan kəndlərin su və kanalizasiya sistemlərinin yaradılmasına özəl sektoru cəlb etmək istəyir

Azərbaycan kəndlərin su və kanalizasiya sistemlərinin yaradılmasına özəl sektoru cəlb etmək istəyir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kəndlərlə əlaqədar yeni layihə hazırlayır.
İnfrastruktur
28 Fevral , 2024 13:59
Azərbaycan kəndlərin su və kanalizasiya sistemlərinin yaradılmasına özəl sektoru cəlb etmək istəyir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kəndlərlə əlaqədar yeni layihə hazırlayır.

"Report" xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Bir çox kəndlərdə içməli su və kanalizasiya sistemlərini özəl şirkətlərin qurması nəzərdə tutulur. Burada məqsəd özəl sektor vasitəsilə xidmət edib, ödənişi almaqla insanların təmiz suya əlçatanlığını təmin etməkdir. Bu, həm də dövlətin yükünü azaltmaqdır. Dövlət həmin vəsaitdən başqa yerlərdə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi