Azərbaycan İnvestisiya Holdinqinə "BakuBus"la bağlı yeni səlahiyyət verilib

İnfrastruktur
  • 15 fevral, 2024
  • 09:20
Azərbaycan İnvestisiya Holdinqinə BakuBusla bağlı yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.