Azərbaycan ilə Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

Azərbaycan ilə Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq Azərbaycan və Qazaxıstan aviareyslərin sayını artırmaq niyyətindədir.
İnfrastruktur
10 Mart , 2022 12:01
Azərbaycan ilə Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

Azərbaycan və Qazaxıstan aviareyslərin sayını artırmaq niyyətindədir.

“Report” Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) müzakirəsi zamanı məlum olub.

“Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndəsi TBNM vasitəsilə birgə avtomobil yük daşımalarını inkişaf etdirməyi, həmçinin iki ölkə arasında aviareyslərin sayının artırılması təklifini nəzərdən keçirməyi təklif edib. Azərbaycan tərəfi bu təklifi müsbət qarşılayıb”, - məlumatda deyilir.

Tərəflər, həmçinin 2022-ci ildə TBNM ilə daşınması proqnozlaşdırılan yük həcmlərini, dəmir yollarının hissələri və Xəzər dənizi üzrə buraxılış qabiliyyəti, əlavə yük axınlarının istiqamətləndirilməsi şərtləri, “Orta dəhliz”in və birgə müəssisələrin yaradılması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, noyabrın 7-dən etibarən Qazaxıstan və Azərbaycan arasında həftənin cümə axşamı və bazar günləri Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlar həyata keçirilir. Fevralın 18-dən isə Bakı - Aktau – Bakı marşrutu üzrə uçuşlar həyata keçirilir. Aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilir.

Xatırladaq ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.

Son xəbərlər

Orphus sistemi