Azərbaycan İranda inşa etdiyi yük terminalları üçün 200-dən çox sifariş qəbul edib

Azərbaycan İranda inşa etdiyi yük terminalları üçün 200-dən çox sifariş qəbul edib Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları QSC (ADY) İranın Astara bölgəsində inşa etdiyi və 25 il müddətinə idarə edəcəyi əlavə yük terminalları üçün 200-dən çox sifariş qəbul edib.
İnfrastruktur
11 Aprel , 2018 13:12
Azərbaycan İranda inşa etdiyi yük terminalları üçün 200-dən çox sifariş qəbul edib
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) İranın Astara bölgəsində inşa etdiyi və 25 il müddətinə idarə edəcəyi əlavə yük terminalları üçün 200-dən çox sifariş qəbul edib. 

Bunu "Report"a açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, terminallar vasitəsilə neft də daxil olmaqla müxtəlif yüklər daşınacaq: "Bu terminallardan İranın daxili bazarı ilə yanaşı, Suriyaya və İraqa da mal gedəcək. Hazırda əsasən taxta daşınır. Gələcəkdə İrandan Rusiyaya meyvə göndərilməsi mümkün ola bilər. 200-dən çox sifariş var. Ukraynanın daxili bazarı üçün də iş görüləcək". 

Xatırladaq ki, Azərbaycan və İranın dəmir yolu qurumları "Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalayıb. Müqavilə ADY-nin maliyyə və texniki dəstəyi ilə İran ərazisində 1,4 km uzunluğunda dəmir yolu xəttinin və böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisini nəzərdə turur. Müqaviləyə əsasən, sözügedən dəmir yolu xətti 15 il Azərbaycan tərəfinin idarəçiliyində olacaq. 

Son xəbərlər

Orphus sistemi