Azərbaycan Gürcüstan və Qazaxıstanla dəmir yolu sahəsində birgə müəssisə yaradıb

Azərbaycan Gürcüstan və Qazaxıstanla dəmir yolu sahəsində birgə müəssisə yaradıb Bu gün Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” və “Gürcüstan Dəmir Yolu” SC-lər arasında paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.
İnfrastruktur
26 Oktyabr , 2023 17:20
Azərbaycan Gürcüstan və Qazaxıstanla dəmir yolu sahəsində birgə müəssisə yaradıb

Bu gün Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Qazaxıstan Dəmir Yolu” və “Gürcüstan Dəmir Yolu” SC-lər arasında paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

Bu barədə "Report"a ADY-dən bildirilib.

Məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər. "Middle Corridor Multimodal Ltd." adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır.

Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin – Avropa/Türkiyə – Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi