Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkmilləşdirilir

Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkmilləşdirilir Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) "Coğrafi İnformasiya Sistemi” altsisteminin formalaşdırılması üçün təkliflər sorğusu elan edib.
İnfrastruktur
23 Noyabr , 2020 14:41
Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkmilləşdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) "Coğrafi İnformasiya Sistemi” altsisteminin formalaşdırılması üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 27-si, saat 17:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, EKTİS Nazirliyin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.

Son xəbərlər

Orphus sistemi