Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır

Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırda Dünya Bankı ilə məlumatların idarə edilməsi strategiyasının hazırlanması üzərində işləyir
İnfrastruktur
30 Noyabr , 2023 13:03
Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırda Dünya Bankı ilə məlumatların idarə edilməsi strategiyasının hazırlanması üzərində işləyir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov "Inmerge İnnovasiya Sammiti"ndə deyib.

O bildirib ki, rəqəmsal infrastrukturun əsas aspektlərindən biri məlumat mübadiləsinə imkan verəcək infrastrukturun olmasıdır: "Hökumətlərin öz məqsədləri üçün istifadə edilməli olan məlumatları var. Buna istər yeni məhsulların hazırlanması, istərsə də mövcud məhsulların təkmilləşdirilməsi aiddir. Burada özəl bizneslərin də iştirakı mühümdür. Lakin özəl müəssisələrin özünəməxsus xüsusiyyətləri var ki, bununla bağlı və digər bütün aspektlər Dünya Bankı ilə üzərində çalışdığımız strategiyada öz əksini tapacaq".

Son xəbərlər

Orphus sistemi