Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib

Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
İnfrastruktur
17 noyabr 2023 11:08
Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
İlham Əliyev

Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.

"Report" xəbər verir ki, Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi