Azərbaycan dəmir yollarının işarəvermə və rabitə sistemi modernləşdirilir

Azərbaycan dəmir yollarının işarəvermə və rabitə sistemi modernləşdirilir İlk mərhələdə bu işlər Bakı - Böyük Kəsik sahəsindəki 13 stansiyada aparılıb
İnfrastruktur
261
27 Noyabr , 2015 12:34
Azərbaycan dəmir yollarının işarəvermə və rabitə sistemi modernləşdirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsilə əvəzlənməsi işləri davam edir. "Report"un “Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyətilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmiryolu - avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Modernləşmə işləri mərhələlərlə həyata keçirilir. İlk mərhələdə Bakı - Böyük Kəsik sahəsində işarəvermə və rabitə avadanlıqlarının modernləşməsi isitaqmətində Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Şəmkir, Dəllər, Alabaşlı, Gəncə (13 stansiyada) stansiyalarında və mənzillərdə mikroprosessor avadanlıqlarının hamısı təmir olunmuş otaqlarda qurulub, montaj olunub, optik lifli kabellər qoyulub, stansiya çöl avadanlıqları, işıqforlar quraşdırılıb.

Gəncə stansiyasından başqa digər 12 stansiyada avadanlıqlarda test yoxlamaları yekunlaşdırılıb, layihəyə əsasən işarəvermə-mərkəzləşmə-bloklama qurğuları quraşdırılıb.

Böyük Kəsik - Gəncə sahəsində 7 ədəd KTSM (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) postu tikilib, avadanlıqlar quraşdırılıb, 27 ədəd qorunan keçid inşa edilib, çöl avadanlıqları quraşdırılıb, rabitə sahəsi üzrə FOK-48 tipli kabel qoyulub.

Son xəbərlər

Orphus sistemi