“Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib

“Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib İclas qurumun sədri Cavid Qurbanovun iştirakı ilə baş tutub
İnfrastruktur
103
31 Mart , 2021 17:30
“Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, videoformatda təşkil olunan konfransda əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb. ADY-nin sədri Cavid Qurbanov son illərdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. O, Prezident İlham Əliyevin sərəncamları əsasında səhmdar cəmiyyətinin idarə olunmasına dair tapşırıq və öhdəlikləri diqqətə çatdırıb, qeyd edib ki, dövlət başçısının fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması ölkəmizdə həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.

Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. C.Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.

İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq struktur bölmələrə aidiyyatı üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.

Sədr “Azərbaycan Dəmir Yolları”nın kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıda qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi