2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hopper tipli vaqonlarla 81 702 ton yük daşıyıb.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci illə müqayisədə daşınan torpaq, qum, gil və təbii daşların – sənaye xammalının həcmində 66 % artım qeydə alınıb.
Hopper vaqon – açıq formada yüklənən kömür, qum, toxum, filizlər, şəkər tozu və s. kimi məhsulların daşınması üçün istifadə olunan dəmir yolu vaqonudur.