Azərbaycan Çin şirkəti ilə səmərəli nəqliyyat ekosisteminin formalaşdırılmasını müzakirə edib -YENİLƏNİB

Azərbaycan Çin şirkəti ilə səmərəli nəqliyyat ekosisteminin formalaşdırılmasını müzakirə edib -YENİLƏNİB Azərbaycan və Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkəti arasında səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması müzakirə edilib.
İnfrastruktur
28 Fevral , 2024 17:37
Azərbaycan Çin şirkəti ilə səmərəli nəqliyyat ekosisteminin formalaşdırılmasını müzakirə edib -YENİLƏNİB

Azərbaycan və Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkəti arasında səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması müzakirə edilib.

“Report” İqtisadiyyat Nazirliynə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanla potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi müzakirə edilib.

İki ölkə arasında iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi imkanları nəzərdən keçirilib.

17:37

Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Yutong" şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi