Azərbaycan Bolqarıstanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Bolqarıstanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyir “Azərbaycan Bolqarıstanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
İnfrastruktur
30 Yanvar , 2020 12:05
Azərbaycan Bolqarıstanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyir

“Azərbaycan Bolqarıstanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin 2-ci ən böyük şəhəri olan Plovdivin meri Zdarovko Dmitri ilə görüşdə deyib. 

O, yerli şirkətləri bu ilin aprel ayında Bakıda keçiriləcək nəqliyyat və logistika forumunda iştirak etməyə çağırıb.

Bundan başqa, səfirin sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya arasında strateji bir körpüdür və yüksək inkişaf etmiş nəqliyyat infrastrukturuna sahibdir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirir, regional tranzit layihələrinin təşəbbüskarı və tərəfdaşıdır”.

O, həmçinin qeyd edib ki, Azərbaycan Bolqarıstanın paytaxt Sofiyadan sonda 2-ci ən böyük şəhəri ilə daha sıx əməkdaşlıqda maraqlıdır: “Plovdiv şəhəri bizim üçün nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək baxımından maraqlıdır. Şəhər Cənubi Avropanın sürətlə böyüyən iqtisadi zonalarının mərkəzidir. Azərbaycan da bu sahədə aktiv işləyir təcrübə mübadiləsi etmək istərdik”. 

Son xəbərlər

Orphus sistemi