Azərbaycan biznesmenləri nəqliyyatdakı problemlərlə bağlı dövlət başçısına müraciət edəcəklər

Azərbaycan biznesmenləri nəqliyyatdakı problemlərlə bağlı dövlət başçısına müraciət edəcəklər Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda Caspian European Club”un tərkibinə daxil olan Nəqliyyat Komitəsinin iclası təşkil olunub. 
İnfrastruktur
22 Fevral , 2018 10:39
Azərbaycan biznesmenləri nəqliyyatdakı problemlərlə bağlı dövlət başçısına müraciət edəcəklər

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda "Caspian European Club”un tərkibinə daxil olan Nəqliyyat Komitəsinin iclası təşkil olunub. 

Bu barədə “Report”a klubdan məlumat verilib.

Turizm Komitəsinin rəhbəri Rəşad Abasovun sədrliyi ilə keçirilən toplantı zamanı nəqliyyat şirkətlərinin başçıları və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər. İrəli sürülən təkliflər “Caspian European Club”un Hüquq Komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumlarına göndəriləcək. Müzakirələrin yekunu olaraq, dövlət qurumları ilə işçi qrupu çərçivəsində Azərbaycan Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.

“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Son xəbərlər

Orphus sistemi