Azərbaycan Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının iclasına qatılıb

Azərbaycan Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının iclasına qatılıb Assosiasiyanın İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
İnfrastruktur
2 Aprel , 2021 15:55
Azərbaycan Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının iclasına qatılıb

Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, IWRA-nın prezidenti Qabriel Ersteynin moderatorluğu ilə keçirilən tədbirdə 2020-ci ilin maliyyə hesabatı dinlənilib.

Sonra İşçi qruplarının fəaliyyəti müzakirə edilib, cari ilin iş planı təsdiq olunub.

Daha sonra 2021-ci ilin noyabr ayında Cənubi Koreyada keçiriləcək XVII Su Konqresinə hazırlığın vəziyyəti haqqında iştirakçılara məlumat verilib.

İclasda IWRA-nın İdarə Heyətinin üzvü, “Sukanal” ETLİ-nin direktor müavini professor Fərda İmanov iştirak edib. F.İmanov aprelin 1-də Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinin videokonfrans formatında 73-cü iclasına da onlayn qaydada qoşulub.

Tədbirdə COVID-19 pandemiyası şəraitində DSŞ-nin əsas fəaliyyət istiqamətləri müzakirə olunub, işçi qrupların hesabatları dinlənilib. DSŞ-nın “Su təhlükəsizliyi ekoloji təhlükəsizliyin tərkib hissəsidir” adlı bəyannaməsinin ilkin variantı müzakirəyə çıxarılıb.

İclasda 21-26 mart 2022-ci il tarixlərində keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyəti ilə əlaqədar hazırlanmış hesabat dinlənilib, 10-cu Dünya Su Forumuna ev sahibliyi etmək istəyən ölkələrin imkanları təhlil olunub.

Son xəbərlər

Orphus sistemi