"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" 2023-cü ilə yekun vurub

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" 2023-cü ilə yekun vurub Bu il Azərbaycanda daşıyıcılara 1 235 ədəd "TİR Karnet" kitabçası verilib.
İnfrastruktur
28 Dekabr , 2023 10:46
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası 2023-cü ilə yekun vurub

Bu il Azərbaycanda daşıyıcılara 1 235 ədəd "TİR Karnet" kitabçası verilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

"Bu kitabça imkan verir ki, yüklər sərhəd-keçid məntəqələrində açılmasın", - deyə o qeyd edib.

Bundan başqa, ABADA rəsmisinin sözlərinə görə, bu il 1305 daşıyıcı, 178 operatorun məsul şəxsi beynəlxalq daşımalara dair təlimə və tədrisə cəlb edilib, onlara şəhadətnamə verilib: "260 daşıyıcıya isə təhlükəli yüklərin daşınması barədə təlim keçirilərək, şəhadətnamələr verilib".

O, yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) 1993-cü ilin may ayında təsis edilmiş və öz sıralarında beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən ölkəmizin hüquqi və fiziki şəxslərini birləşdirən qeyri-kommersiya təşkilatıdır. ABADA 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yük daşımaları kitabçalarının (Karnet-TIR) tətbiqi üzrə dünya təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub. ABADA Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU,Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, eyni zamanda bu təşkilatların təşkil etdikləri iclaslarda, seminarlarda, konfrans və digər tədbirlərdə mütəmadi olaraq iştirak edərək, Azərbaycan avtomobil daşıyıcılarınin mənafelərini və mövqelərini müdafiə edir.

Son xəbərlər

Orphus sistemi