Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb Ötən gün sosial şəbəkələrdə Nizami rayonu Əli Vəliyev küçəsində komunikasiya xəttinə aid baxış qapaqlarının asfalt-beton örtükdən aşağı olması və bu problemin həlli ilə bağlı atılmış addım müzakirəyə səbəb olub
İnfrastruktur
22 İyun , 2021 14:47
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

Ötən gün sosial şəbəkələrdə Bakının Nizami rayonunun Əli Vəliyev küçəsində kommunikasiya xəttinə aid baxış qapaqlarının asfalt-beton örtükdən aşağı olması və bu problemin həlli ilə bağlı atılmış addım müzakirəyə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, agentlik sözügedən ərazinin tapılması üçün araşdırma aparılıb. Məlum olub ki, fotoları yayılmış ərazi qurumun balansında olmayan məhəllədaxili yoldur və agentlik həmin ərazidə heç bir təmir-tikinti işləri aparmayıb.

Son xəbərlər

Orphus sistemi