Azərbaycan 40-50 illik fasilədən sonra su ehtiyatlarını qiymətləndirəcək

Azərbaycan 40-50 illik fasilədən sonra su ehtiyatlarını qiymətləndirəcək “Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı böyük layihə həyata keçiriləcək”.
İnfrastruktur
12 Oktyabr , 2021 11:53
Azərbaycan 40-50 illik fasilədən sonra su ehtiyatlarını qiymətləndirəcək

“Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı böyük layihə həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Abdulhəsonov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı hökümətə təkliflər təqdim edilib.

“Su ehtiyatlarımiz təqribən 70-80-ci illərdə qiymətləndirilib. Tezliklə işğaldan azad edilmiş ərazilər da daxil olmaqla bütün ərazilərimizdəki su ehtiyatları qiymətləndiriləcək. Təkcə Qarabağda 2 milyard kubmetrə yaxın su ehtiyatlarımız olmalıdır. Onların səmərəli istifadə əsas məqsədlərimizdən biridir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi