“Azəravtoyol”: "Qış mövsümü üçün avtomobil yolları hazır vəziyyətə gətirilib" - VİDEO

“Azəravtoyol”: "Qış mövsümü üçün avtomobil yolları hazır vəziyyətə gətirilib" - VİDEO Küçə və prospektlər, habelə avtomobil yolları üçün yol texnikası saz vəziyyətdədir
İnfrastruktur
21 Noyabr , 2016 18:14
“Azəravtoyol”: Qış mövsümü üçün avtomobil yolları hazır vəziyyətə gətirilib - VİDEO

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda 2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Bu çərçivədə qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib. 

Bu barədə “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumatda bildirilir. 

Məlumata əsasən, ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanıb.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

Cəmiyyətin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanları aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi