“Azəravtoyol” 10 lotlu açıq tender elan edib

“Azəravtoyol” 10 lotlu açıq tender elan edib Tender magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların alınmasını nəzərdə tutur
İnfrastruktur
6 Aprel , 2017 13:26
“Azəravtoyol” 10 lotlu açıq tender elan edib

Bakı. 6 aprel. REPORT.AZ/ “Azəravtoyol” ASC magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satın alınması tenderi 10 lot üzrə keçirilir. Bu müqavilələr Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək.

Lot-1 üzrə yol istismarı üçün təmir avandanlığı, lot-2 – yolun qış istismarı üçün təmiri avadanlığı, lot-3 - yol təmizləyici avadanlıq, lot-4 - yol işıqlandırmasının təmiri üçün avadanlıq, lot-5 – yol istismarı texnikalarının daşınması üçün avadanlıq, lot-6 – yol təmiri traktoru, lot-7 – yol istismarında asfalt örtüyünün təmiri üçün avadanlıq, lot-8 – yol istismarı təhlükəsizliyi avadanlığı, lot-9 - yol istismarında asfalt örtüyünün bərpası üçün avadanlıq, lot-10 üzrə isə yükləyicinin alınması nəzərdə tutulur.

İddiaçılar bir və ya bir neçə lot (müqavilə) üzrə təklif verə bilərlər. Tender məktubunda qeyd olunması şərti ilə, birdən artıq lot üzrə qalib olmaq istəyən iddiaçı öz tender qiymətinə güzəşt təklifi edə bilər.

Tenderdə iştirak haqqı lot-1 üçün 2 mln. dollar, lot-2 - 4 mln. dollar, lot-3 - 6 mln. dollar, lot-4 - 500 min dollar, lot-5 - 500 min dollar, lot-6 - 1 mln. dollar, lot-7 - 2 mln. dollar, lot-8 - 200 min dollar, lot-9 - 2 mln. dollar, lot-10 üçün isə 1,5 mln. dollardan az olmamalı və ya onlara bərabər məbləğdə olmalıdır.

Tender təklifləri 26 may saat 17:00-da açılacaq. Bütün tender təklifləri tender zəmanəti ilə birlikdə təqdim olunmalıdır. Sənədlər “Azəravtoyol” ASCyə (Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi,2025-ci məhəllə) təqdim edilməlidir.

Qeyd edək ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Azərbaycan hökuməti “Azərbaycan magistral avtomobil yolu-3” layihəsi üzrə Dünya Bankı Qrupundan kredit vəsaiti əldə edib və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satın alınması" məqsədilə sərf etmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi