AZANS direktoru: “Hava limanı Qarabağın turizm potensialının açılması üçün vacibdir”

AZANS direktoru: “Hava limanı Qarabağın turizm potensialının açılması üçün vacibdir” Fərhan Quliyev Füzuli hava limanının artıq Azərbaycanın hava limanı kimi beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirib
İnfrastruktur
316
27 Fevral , 2021 14:35
AZANS direktoru: “Hava limanı Qarabağın turizm potensialının açılması üçün vacibdir”

“Olduğumuz yer 30 ilə yaxın işğal altında olub, bu ərazidəki hava məkanı beynəlxalq uçuşlar üçün bağlı olub və Ermənistanın işğalçılıq siyasəti bu torpaqlar üçün dağıdıcı xarakter daşıyıb, bütün infrastruktur Ermənistan tərəfindən məhv edilib. Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz ərazilərini geri qaytarıb. Bizə Füzuli hava limanını bütün beynəlxalq standartlara uyğun olaraq inşa etmək tapşırığı verilib”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) direktoru Fərhan Quliyev tikilən hava limanında inşaatın gedişi ilə tanış olmaq üçün Füzuli rayonuna gəlmiş əcnəbi jurnalistlərlə görüşündə deyib.

O, Füzuli hava limanının artıq Azərbaycanın hava limanı kimi beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirib. “Hava limanı müasir naviqasiya sistemi ilə təchiz ediləcək, o cümlədən aviadispetçer qülləsi (Air traffic control tower), habelə sərnişin terminalı quraşdırılacaq.

“Bu hava limanı Qarabağın, xüsusən də Azərbaycanın incisi olan Şuşa şəhərinin turizm potensialının açılması üçün vacibdir. Bundan əlavə, aeroport bir növ regional aviahaba çevriləcək. Hava limanının payıza qədər açılması planlaşdırılır”, - F.Quliyev söyləyib.

Son xəbərlər

Orphus sistemi