​AZAL yeni promo-aksiya elan edib

​AZAL yeni promo-aksiya elan edib Moskva-Bakı-Moskva aviabiletinin qiyməti 158 avro olub
İnfrastruktur
167
9 Fevral , 2016 14:26
​AZAL yeni promo-aksiya elan edib

Bakı. 9 fevral. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskvadan-Bakıya olan uçuşlara yeni promo-aksiya elan edib.

AZAL-ın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiyməti 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə 158 avro təşkil edəcək.

Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından yerinə yetirilir. Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə 129 avro təşkil edir.

Məlumat üçün bildirək ki, biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. 

Son xəbərlər

Orphus sistemi