AZAL təhlükəsizlik plombları alacaq

AZAL təhlükəsizlik plombları alacaq Şirkət bu məqsədlə açıq tender elan edib
İnfrastruktur
22 Sentyabr , 2017 12:46
AZAL təhlükəsizlik plombları alacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC 700 min ədəd təhlükəsizlik plombunun satın alınması üçün açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır. 

İddiaçılar ilkin sənədləri oktyabrın 26-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank zəmanətini isə noyabrın 3-nə qədər Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim etməlidirlər. 

Təkliflərə noyabrın 6-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Malgöndərənlərin təqdim etdikləri məhsulun temperatur diapazonu mənfi 60 – müsbət 80 dərəcə arasında dəyişməlidir. Həmçinin istehsalçıda İSO 9001 2016-2018 keyfiyyət standartı olmalıdır.

Son xəbərlər

Orphus sistemi