"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətin tarixində ilk dəfə olaraq Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-də həyata keçiriləcək.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bu, sərnişinlərə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.