AZAL İraqın 3 şəhərinə uçuşlara başlaya bilər
İnfrastruktur
- 08 dekabr, 2023
- 05:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" QSC (AZAL) İraqın paytaxtı Bağdada, eləcə də bu ölkənin Ərbil və Bəsrə şəhərlərinə uçuşlara başlaya bilər.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İraqa səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşdük. İki ölkə arasında beynəlxalq yük və avtomobil daşımaları sahəsində əməkdaşlığın inkişafını müzakirə etdik. AZAL-ın bu aydan Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprel ayından isə Bəsrəyə həftədə bir dəfə reys həyata keçirməsi məsələsini nəzərdən keçirdik", - deyə o qeyd edib.
Son xəbərlər
18:15
Video
Yol təmir işlərinin müddətini müəyyən edən əsas amillər açıqlanıb
İnfrastruktur
18:01
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
İnfrastruktur
17:55
Kənan Quluzadə: İƏT-ə üzv ölkələrdə Şuşanın tanıdılması istiqamətində təbliğat işləri aparılıb
Turizm
17:51
Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si cərimələnib
Daxili siyasət
17:45
Yerjan Mukaş: Bu il İƏT-in turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq
Turizm
17:43
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir
Region
17:41
Hesablama Palatası: DSMF-nin debitor və kreditor borcları artıb
Maliyyə
17:39
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Hadisə
17:37
Azərbaycan axtarışa verilən şəxsi Özbəkistana ekstradisiya edib
Hadisə