​AZAL-ın Pekin və Nyu York reyslərində dəyişikliklər olacaq

​AZAL-ın Pekin və Nyu York reyslərində dəyişikliklər olacaq Yerli hava yolunda təyyarə dəyişikliyi olacaq
İnfrastruktur
26 Oktyabr , 2015 14:35
​AZAL-ın Pekin və Nyu York reyslərində dəyişikliklər olacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Hava Yollarının Pekin və Nyu Yorka olan uçuşlarının cədvəllərində noyabr ayından etibarən bir sıra dəyişikliklər ediləcək.

“Report”un məlumatına görə, noyabrın 7-də Bakı - Nyu York JFK reysində “Boeing 787” modeli “Airbus A340-500” ilə əvəzlənəcək.

Noyabrın 8-də isə Baku – Pekin reysini gerçəkləşdirməli olan “Boeing 767” təyyarəsi “Boeing 787-8” modeli ilə əvəzlənəcək. Ümumiyyətlə yerli hava yolu “Airbus A340-500” modeli ilə noyabrın 2-nə qədər reyslər həyata keçirəcək. Lakin bu hal müvəqqətidir və sözügedən modeldən bir sıra digər marşrutlar üzrə uçuşlarda istifadə olunacaq.

Qeyd edək ki, dekabrın 17-dən növbəti il yanvarın 11-nə qədər həftədə dörd dəfə bu reyslər həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi