AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib
İnfrastruktur
- 26 fevral, 2024
- 13:38
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
Son xəbərlər
12:51
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Digər12:48
Din Xadimlərinin II Forumunun iştirakçıları vəhdət namazı qılıb
Din12:45
Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmətinin qısamüddətli və maaşlı olması təklif edilib
Daxili siyasət12:45
Foto
Mingəçevirdə milli suverenlik və hüquqi təminatlar mövzusunda seminar keçirilib
Daxili siyasət12:44
Azər Məmmədrəhimov: İnformasiya təhlükəsizliyinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır
İKT12:41
Türkiyə və Azərbaycan iş adamları üçüncü ölkələrdə birgə layihələrin icrasına dəvət olunub
Biznes12:41
İçərişəhərdə yaşayan sakinlərin sayı açıqlanıb
Daxili siyasət12:39
AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib
Futbol12:35