AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edilib

AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edilib "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.
İnfrastruktur
24 Yanvar , 2022 20:56
AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edilib
0 : 00
0 : 00

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi İstanbulda yağan güclü qar səbəbindən ləğv edilib.

Bu barədə "Report"a aviaşirkətdən bildirilib.

Məlumatda vurğulanıb ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər. 

Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.

17:21

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.

Bu barədə "Report"a aviaşirkətdən bildirilib.

Məlumata görə, gecikməyə səbəb İstanbuldakı əlverişsiz hava şəraiti - güclü qardır. Hazırda sərnişinlər terminalın daxilindədir, qida və spirtsiz içki ilə təmin olunacaq.

İstanbul beynəlxalq hava limanının icazəsi olan kimi təyyarə Bakıya yola düşəcək.

Son xəbərlər

Orphus sistemi