​AZAL və “Türk Hava Yolları”nın İstanbul və Ankara reysləri bərpa edilib

​AZAL və “Türk Hava Yolları”nın İstanbul və Ankara reysləri bərpa edilib Bu istiqamət üzrə resylər Türkiyədə baş verən dövlət çevrilişi cəhdi səbəbindən ləğv olunmuşdu
İnfrastruktur
19 İyul , 2016 11:47
​AZAL və “Türk Hava Yolları”nın İstanbul və Ankara reysləri bərpa edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişi cəhdi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin iyulun 16-da ləğv edilən İstanbul və Ankara şəhərlərinə yerinə yetirilən reysləri bərpa olunub.

AZAL-dan “Report”a verilən məlumata görə, şirkət Ankaraya həftənin çərşənbə axşamı və bazar günlərindən başqa, 1-3-4-6-cı günləri 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir. İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri “B 767/845”, “B 1915/767”, “A 1635/319” nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.

“Türk Hava Yolları”nın (THY) Bakı ofisindən isə “Report”a bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir.

Eyni zamanda THY-nın “TK 003” nömrəli reysi ilə təşkil olunan İstanbul-Nyu-york aviareysi də bugündən bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a hava yolu uçuşlarına qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi